Məzmuna keç

Ərdoğan: “Ukrayna-Rusiya böhranında razılaşmaya çalışan tək ölkəyik”

"Biz yeganə ölkəyik ki, 2014-cü ildən indiyədək davam edən Ukrayna-Rusiya böhranını razılaşma yolu ilə həll etməyə çalışırıq. Bu gün biz hər iki tərəfin səmimiyyətinə və ədalətinə inandığı ölkəyik".

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Antalyada tərəflər arasında xarici işlər nazirləri səviyyəsində görüş keçirilib:

"Sabah danışıqlardan əvvəl nümayəndə heyətləri ilə qısa görüşümüz olacaq. Zelenski və Putinlə apardığımız telefon danışıqları məhsuldar keçib".