Məzmuna keç

ABŞ məhkəməsi rusiyalı oliqarxın vəsatətini rədd etdi

ABŞ Apellyasiya Məhkəməsi rusiyalı oliqarx Oleq Deripaskanın sanksiyaların ləğvi ilə bağlı vəsatətini rədd edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilir ki, söhbət 2018-ci ildə tətbiq edilən sanksiyalardan gedir.

Qeyd edək ki, Deripaska 2019-cu ilin martında ABŞ Maliyyə Nazirliyini məhkəməyə verib. Biznesmen bildirib ki, Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməkdə ittiham edilməsinə görə ABŞ-da siyasi mübarizənin qurbanı olub. İş adamı ona qarşı sanksiyaların ədalətsiz və qanunsuz olaraq tətbiq edildiyini, nəticədə 7,5 milyard dollar zərərlə üzləşdiyini açıqlayıb.