Rusiya nüvə silahından istifadə etməsinə səbəb ola biləcək dörd mümkün vəziyyəti açıqlayıb.
Rusiyanın Ukrayna işğalına başlamasından bir ay ötür. Ukrayna ordusunun və könüllülərin güclü müqaviməti ilə üzləşən Rusiya hədəf aldıqları böyük şəhərləri tutmaq və ya əlində saxlamaq üçün mübarizə aparır. Mühasirəyə alınan şəhərlərdə isə dinc əhali aclıq, susuzluq, soyuq hava şəraiti və ölüm qorxusu içərisində yaşayır. Quruda müqavimət göstərən Ukrayna ilə “xüsusi hərbi əməliyyat”ın birinci mərhələsinin uğurla başa çatdığını iddia edən Rusiya arasında atəşkəs və sülh şərtlərinin müzakirəsi davam edir. Rusiya nüvə istifadəsindən çəkinmək məsələsini gündəmə gətirməkdən çəkinmir ki, bu da ona bu atmosferdə böyük üstünlük verir. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukrayna işğalının başlamasından dərhal sonra Rusiya ordusunu müdafiə xarakterli nüvə istifadəsinin qarşısının alınması barədə xəbərdar etmişdi. Putinin katibi Dimitri Peskov da “ekzistensial təhlükə” ilə üzləşəcəyi təqdirdə nüvə silahının istifadəsini istisna etməkdən imtina edib.
Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski keçən həftə bu ritorikanı təkrarlayaraq ölkəsinin “təxribat” halında nüvə silahından istifadə etmək hüququna malik olduğuna işarə edib. Rusiyanın nüvə variantının əlində olduğunu bildirən digər yüksək səviyyəli şəxs Rusiyanın keçmiş prezidenti və baş naziri Dimitri Medvedevdir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini kürsüsündə oturan Medvedev xəbərdarlıq edib ki, onun ölkəsi adi silahlardan istifadə edən ölkələrə də nüvə silahı ilə cavab verə bilər.
Rusiyanın nüvə silahından istifadə etməsi üçün hansı şərtləri əsas sayacağına dair məlumat verən Medvedev, İngiltərənin The Guardian qəzetinə verdiyi açıqlamada Rusiyanın nüvə silahından istifadə etməsi üçün 4 ssenarini sıralayıb:
1.Rusiyaya nüvə raketi ilə hücum
2. Rusiyaya və ya onun müttəfiqlərinə qarşı başqa növ nüvə silahlarından istifadə
3. Rusiyanın nüvə istifadəsindən çəkinməsini pozacaq "kritik infrastrukturlara" hücum
4.Rusiyanın və ya onun müttəfiqlərinin mövcudluğunu təhlükə altına alan aqressiv hərəkətlərlə məşğul olmaq
O, həmçinin nüvə silahı ilə deyil, adi silahlarla aqressiv hərəkətlərin dördüncü şərti işə saldığını bildirib.
Rəşid Qarayev
