Məzmuna keç

“Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir”

"Ukraynada atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik".

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kolumbiyalı həmkarı Marta Lucia Ramirez ilə birgə mətbuat konfransında çıxış edərkən deyib.

Nazir, İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündə önəmli irəliləyiş əldə olunduğunu bildirib: "Biz təmaslarımızı fasiləsiz davam etdiririk. İndi daimi atəşkəsə nail olunmalıdır".

Çavuşoğlu, həmçinin Türkiyə vətəndaşlarının bölgədən təxliyyəsinin davam etdiyini bildirib.

"Bu gün bəzi vətəndaşlarımız Beynəlxalq Qızıl Xaç və Qızıl Ayparanın avtobusları ilə oranı tərk ediblər. Ukraynada ümumilikdə 80 vətəndaşımız qalıb, onları müşayiət edən şəxslər də daxil olmaqla təxliyə edəcəyimiz 190-a yaxın insan var", – deyə o qeyd edib.

Gülnar Abdullayeva