Məzmuna keç

ABŞ “Sberbank” və “Alfa-Bank”a qarşı sanksiyalar tətbiq etdi

ABŞ administrasiyası "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

"Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, – nümayəndə deyib.

Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.