Nyu-Yorkun Bruklin şəhərindəki metro stansiyasında atışma olub.
E-huquq.az-ın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York Yanğından Mühafizə Xidmətinin mətbuat katibi bildirib ki, hadisə səhər saatlarında baş verib. Onun sözlərinə görə, Sunset Parkdakı 36-cı küçə stansiyasında tüstülənmə xəbərləri ilə əlaqədar hadisə yerinə gedən yanğınsöndürənlər bir neçə nəfərin güllələndiyini aşkar ediblər.
İlkin xəbərə görə, 5 nəfər güllələnib.
Stansiyanın döşəməsində qan içərisində uzanmış sərnişinlərin əks olunduğu fotolar yayılıb.
Hadisəsinin təfərrüatları hələ bəlli deyil.
