Məzmuna keç

Putinin yaxın adamlarından biri Viktor Medvedçuk həbs edildi –

Putinin yaxın adamlarından biri Viktor Medvedçuk Ukrayna xüsusi orüanları tərəfindən həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.

"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar sonra", – Prezident yazıb.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.