Məzmuna keç

“Twitter”in keçmiş səhmdarları İlon Maskı məhkəməyə verib

Keçmiş səhmdarlar "Twitter"in 9,2 faizini satın alan İlon Maskı bu satınalma elanını gecikdirdiyi üçün məhkəməyə veriblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş səhmdarları Maskın şirkətin səhmlərinin alınmasında pozuntuya yol verdiyi iddiası ilə məhkəməsinə müraciət ediblər.

Onlar iddia edirlər ki, Maskın "Twitter" səhmlərini aldığını gec açıqlaması şirkətin səhmlərinin yüksəlməsinə mane olub və bu yolla bəzi keçmiş səhmdarlara zərər dəyib.

Bildirirlər ki, Mask bunu martın 14-də, "Twitter"in ən azı 5 faizini alarkən elan etməli idi, lakin aprelin 4-nə qədər bilərəkdən elan etməyib.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) aprelin 4-də Maskın "Twitterdəki "passiv səhmlərin" 9,2 faizini aldığını açıqladı, bu xəbərdən sonra "Twitter"in səhmləri 26 faiz artaraq 50 dollar səviyyəsinə yüksəlib.

SEC qaydalarına görə, investorlar bir şirkətin 5 faizini aldıqları təqdirdə 10 gün ərzində elan verməlidirlər.

Rəşid Qarayev