"Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi rəsmən başlayıb".
E-huquq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç teleqram kanalında bildirib.
“Biz onların hərəkətə başlamasını gözləməyəcəyik, artıq özümüz hərəkətə başlamışıq”, – deyən Arestoviç Ukrayna əsgərlərinin taktikasını aktiv müdafiə adlandırıb.
Onun sözlərinə görə, hazırda döyüşlər Azovstaldan bir neçə kilometr aralıda gedir.
