Məzmuna keç

BMT baş katibi aprelin 21-dən Ukraynada 4 günlük atəşkəsə çağırdı

BMT baş katibi Antoniu Quterreş Ukraynada pravoslav xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar aprelin 21-dən etibarən dörd gün müddətinə humanitar atəşkəsə çağırıb.

E-huquq.az bu barədə TASS-a istinadən xəbər verir.

"Bir sıra humanitar dəhlizlərin açılmasını təmin etmək üçün dörd günlük fasiləyə çağırıram", – Baş katib deyib.

Quterreş bildirib ki, Ukraynada Pasxa atəşkəsi olacağı təqdirdə BMT Mariupol, Xerson, Donetsk və Luqanska humanitar konvoylar göndərməyə hazırdır.