Məzmuna keç

Rusiyada hərbi institutda baş verən yanğın söndürüldü

Aprelin 21-i Rusiyanın Tver vilayətində Rusiya Müdafiə Nazirliyinin 2-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş vermiş güclü yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Yanğının Bakı vaxtı ilə 08:33-də tam olaraq söndürüldüyü elan olunub.

Qeyd edək ki, yanğın nəticəsində 6 nəfər həlak olub, daha 24 nəfər isə xəsarət alıb.