“Ukraynadakı müharibə 2023-cü ilin sonuna qədər davam edə bilər”.
E-huquq.az BBC -yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistanda mətbuat konfransında deyib.
“Putinin böyük ordusu var. Rusiya lideri fəlakət tipli səhvə yol verdiyi üçün çətin siyasi mövqedədir”, – deyə Conson söyləyib.
