Məzmuna keç

Ukraynada avtoqəza nəticəsində 16 nəfər öldü

Ukraynanın Rovenskaya vilayətində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu barədəd Ukrayna polisi məlumat yayıb.

Qeyd olunur ki, toqquşma nəticəsində 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Qəza yerli vaxtla təxminən 19:20 radələrində baş verib. İlkin ehtimala görə, öncə yanacaq daşıyan avtomobil beynəlxalq sərnişindaşımaları həyata keçirən avtobusla toqquşub, toqquşmanın gücündən yanğın başlayıb.

Hazırda hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.