Rusiya ordusu mayın 5-nə keçən gecə Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.
Nəşr yazır ki, rusiyalı hərbçilər şəhərin mərkəzi və yaşayış olan hissəsinə zərbə endirib. Nəticədə 25 mülki şəxs yaralanıb.
Bununla yanaşı, 3 beşmərtəbəli bina, məktəb və bağçaya ciddi zərər dəyib.
