Məzmuna keç

Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi açıqlanıb

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antanov Rusiyanın nüvə silahından hansı hallarda istifadə edəcəyini açıqlayıb.

E-huquq.az səfir bu barədə xarici mətbuata müsahibəsində danışıb.

O, NATO-nun nüvə müharibəsi təhlükəsini kifayət qədər ciddi qəbul etmədiyini və bu baş verərsə, “qalibin” olmayacağını deyib.

"NATO-dakı siyasətçilər açıq şəkildə nüvə təhlükəsini ciddi qəbul etmirlər", – Antonov qeyd edib.

Antonov Moskvanın kütləvi qırğın silahlarından hansı şərtlər altında istifadə edəcəyini də açıqlayıb. Rusiyalı diplomat bəyan edib ki, Rusiya və müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə edildiyi təqdirdə, Rusiyaya qarşı təcavüz zamanı və ya dövlətin mövcudluğu təhlükə altında olduqda Moskva bu silahlardan istifadə edə bilər.

Rəşid Qarayev