- 19:50
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 650 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 195 ədəd tankı, 2 873 ədəd zirehli döyüş maşını, 534 ədəd artilleriya sistemi, 191 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 161 ədəd helikopteri, 94 qanadlı raket, 2 019 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 398 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.