- 31 May 16:29
Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.
Bu barədə e-huquq.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.
Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.