“Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq” - Ərdoğan


  • 16 May 2022 22:17

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - Türkiyə lideri Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər.

Onun sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.

Oxşar xəbərlər