Belarusda ölüm hökmü bərpa edildi


  • 18 May 2022 15:30

Belarusda terror cinayətlərinə görə ölüm cəzasını nəzərdə tutan qanun təsdiqlənib.

E-huquq.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko terror aktları törədənlərin ölüm cəzası ilə cəzalandırılmasını nəzərdə tutan düzəlişi təsdiqləyib. Qərarda bildirilir ki, terror aktı törədən cinayətkarlar edam cəzasına məhkum edilə bilər.

Qeyd edək ki, ölkədə insan tələfatına, amansız və kütləvi qətllərə səbəb olan terror fəaliyyətlərində ölüm cəzası artıq tətbiq edilsə də, bu çərçivənin genişləndirilməsi tələb olunub.

Xüsusən də Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən Belarus parlamenti qərarı dəstəkləyib. Yeni qaydaların rəsmi dərc edildikdən sonra 10 gün ərzində qüvvəyə minəcəyi bildirilib.

Rəşid Qarayev

Oxşar xəbərlər