- 17:46
"Son sutka ərzində Ukrayna hərbi aviasiyası rus işğalçılarının mövqelərinə 15 zərbə endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
"Nəticədə düşmənin S-300 zenit-raket kompleksi və "Tor" zenit-raket kompleksi, 6 nəzarət nöqtəsi, atəş mövqeyində olan artilleriya bölməsi, silah-sursat anbarı məhv edilib. Bundan əlavə, son 24 saat ərzində müdafiəçilərimiz düşmənin kəşfiyyat tipli PUA-sını məhv ediblər", - məlumatda qeyd eolunub.
Baş Qərargahın məlumatına görə, ruslar son sutka ərzində Ukraynaya 97 hava zərbəsi endirib: "Həmçinin Rusiya qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə sutka ərzində çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 39 hücum həyata keçirib".
Şəbnəm Mehdizadə