Məzmuna keç

Türkiyədə ağır qəza – 5 nəfər xəsarət aldı

Türkiyənin Sivas vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, minik avtomobili yağışlı hava səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, jandarma və polis əməkdaşları cəlb edilib.

Xilasedicilər avtomobildə sıxışan yaralıları çıxararaq tibb işçilərinə təhvil veriblər.

Xəsarət alan 5 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə