Melitopol meri: "İşğalçılar sakinlərin müqavimətini qırmaq üçün mobil nəzarət-buraxılış məntəqələri qurub"


  • 3 İyun 2023 17:23

"İşğal altında olan Melitopolda rus hərbçiləri yerli əhalinin müqavimətini qırmaq üçün mobil nəzarət-buraxılış məntəqələrindən istifadə edirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov telemarafonunun efirində deyib.

"Onlar şəhərin istənilən ərazisində istənilən saniyədə peyda ola bilərlər. Səyyar keçid məntəqəsi nədir? Bu zaman cib telefonunuzdan tutmuş bədəninizdəki döymələrə qədər hər şey yoxlanılır. Bu yolla müqaviməti azaltmağa çalışırlar”.

O, həmçinin əlavə edib ki, son iki həftə ərzində ruslar tərəfindən adam oğurluğu halları artıb: "Görürük ki, hər gün 10-a qədər insan əsir götürülür. Həm də tamamilə fərqli kateqoriyalardan - təqaüdçülərdən tutmuş, jurnalistlərə və tələbələrə qədər. Düşmən 1 il 5 ay keçməsinə baxmayaq, başa düşmür ki, bizim sakinlərimizdən kömək ala bilməz. Əksinə, müqavimət getdikcə güclənir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər