Məzmuna keç

Rusiya “Taxıl sazişi”ni dayandırdı

“Qara dəniz razılaşmaları bugünkü gün faktiki olaraq qüvvədən düşüb”.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Rusiya Federasiyası Prezidentinin daha əvvəl dediyi kimi, bu müddət iyulun 17-də başa çatır. Təəssüf ki Qara dəniz razılaşmasında Rusiyaya aid olan hissə hələ də yerinə yetirilməyib”, – Peskov deyib.

““Taxıl sazişi” dayanıb. Rusiya hissəsi yerinə yetirildikdən sonra Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”, – deyə mətbuat katibi əlavə edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya rəsmi olaraq Türkiyə, Ukrayna və BMT Katibliyinə “Taxıl sazişi”nin uzadılmasına etirazını bildirib: “Yaxın vaxtlarda XİN-in bəyanatı Rusiya mövqeyinin ətraflı izahatları ilə dərc olunacaq”.