Avropa Komissiyası (AK) “Taxıl sazişi”ni dayandırmasına görə Rusiyanı qınayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Komissiyanın sədri Ursula fon der Lyayen bildirib.
"BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın “Taxıl sazişi”ni sona çatdırmasını şiddətlə qınayıram", – deyə o qeyd edib.
Lyayen daha əvvəl qurulmuş quru əlaqələri vasitəsilə qida məhsullarının Ukraynadan daşınmasının davam etdiriləcəyini deyib.
Şəbnəm Mehdizadə
