Məzmuna keç

Meksikada qazıntı zamanı 8 cəsəd tapılıb

Meksikanın Tamaulipas əyalətinin Reynosa şəhərində aparılan qazıntılar nəticəsində 8 cəsədi tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, cəsədlər prokurorluq və itkin düşmüş şəxslərin axtarışı bölməsinin birgə apardığı qazıntı işləri zamanı aşkarlanıb.

Rəsmilər tapılan cəsədlərdən 3-nün tanınmaz olduğunu bildirib. Ehtimala görə, onlardan 5-i yaxın zamanlarda ölüb.

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi ekspertizaya göndərilib.

Şəbnəm Mehdizadə