Məzmuna keç

Antalyada mikroavtobus aşıb, 20 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində ağır yol qəzası olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Korkuteli rayonunda mikroavtobusun dərəyə aşması nəticəsində biri ağır olmaqla 20 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardm, polis və xilasedicilər cəlb olunub.

Yaralılar Korkuteli Dövlət Xəstəxanasına və rayondakı özəl xəstəxanalara aparılıb.

Polis faktla bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə