Türkiyədə 59 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayvalık sahillərində miqrantları daşıyan rezin qayığın mühərriyində nasazlıq yaranıb. Hadisə yerinə gedən xilasetmə qrupları 59 nəfəri xilas edərək qayıqdan endiriblər.
Digər iki əməliyyatda isə Ayvalık sahillərində kiçik qayıqlarda birində 32, digərində isə 28 nəfər olmaqda 60 qanunsuz miqrant saxlanılıb.
Qanunsuz miqrantlar Balıkəsir Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
