Məzmuna keç

ABŞ-da təhlükəli maddə daşıyan qatar relsdən çıxıb

ABŞ-ın Pensilvaniya ştatında “təhlükəli maddə” daşıyan qatar relsdən çıxıb.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 5 radələrində qatarın 40 vaqonundan təxminən 16-sı relsdən çıxıb.

Relsdən çıxan vaqonlardan birinin “təhlükəli maddə” daşıdığı qeyd edilib və hələlik bu maddənin sızması və ya dağılması ilə bağlı hər hansı sübutun olmadığı bildirilib.

Hadisə zamanı xəsartə alan olmayıb.

Polis qəzadan sonra təhlükəli maddələrin sızmasına qarşı tədbir olaraq ətrafdakı evlərin boşaldıldığını açıqlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə