Türkiyənin Hatay vilayətində iki gündür davam edən meşə yanğını nəzarətə alınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Belen rayonunda baş verən meşə yanğınında 7 ev yanıb, 4 avtomobilə ziyan dəyib.
Məlumata görə, 2 nəfər bağçasındakı qamışları təmizləmək üçün od yandırıb. Küləyin təsiri ilə qəfil böyüyən yanğın meşəyə keçib.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı yanğının nəzarət altına alındığını açıqlayıb.
Daxili işlər naziri Ali Yerlikaya meşə yanğını ilə əlaqədar saxlanılan iki nəfərdən birinin həbs olunduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə
