Məzmuna keç

İranda havanın çirklənməsinə görə dövlət qurumlarında tətil elan olunub

İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Xorasan Böhran vəziyyətlərinin idarəolunması üzrə səlahiyyətli şəxsi Meneceri Qulam Rıza Şefik məlumat verib.

"Hava çirkliliyinin 300 mikroqram/kubmetri keçməsi səbəbindən bu gün saat 10:00-dan sonra Bocnurdda dövlət qurumlarının fəaliyyəti dayandırılıb", – deyə o bildirib.

Məşhəd şəhərində də havanın çirklənməsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblərdə tətil elan olunub.

Məlumata görə, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsindədir.

Rəsmilər insanları, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

Şəbnəm Mehdizadə