"Ukrayna Müdafiə Qüvvələri cəbhənin cənub hissəsinin iki istiqamətində hücumda uğur qazanıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Kovalev bildirib.
Onun sözlərinə görə, döyüşçülər öz mövqelərində möhkəmləniblər: "Ukraynalı əsgərlər Malaya Tokmaçka – Novopokrovka və Velika Novoselka istiqamətlərində irəliləyə biliblər. Eyni zamanda, Baxmut istiqamətində Ukrayna hərbçiləri Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir. Düşmən güclü müqavimət göstərir, şiddətli döyüşlər davam edir".
Şəbnəm Mehdizadə
