Türkiyədə məhkəmədə vəkilə hücum edilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Niğde Ağır Cəza Məhkəməsi zalının qarşısında gözləyən Adana Vəkillər Kollegiyasının üzvü Dərviş Yıldız iş üzrə şübhəli şəxs qismində tanınan şəxsin atası tərəfindən hücuma məruz qalıb.
Hücum edən şəxs vəkilə hədə-qorxu gəlib və onu təhqir edib, həmçinin fiziki güc tətbiq edib.
D.Yıldızın şikayəti əsasında hücum edən şəxs həbs edilib.
Türkiyə Vəkillər Kollegiyasının Vəkillərin Hüquqları Mərkəzi hadisə ilə bağlı açıqlama yayıb. Mərkəz vəkillərə qarşı edilən hücumların ədalət mühakiməsinə və məhkəmənin fəaliyyətinə yönəldiyini bildirib.
"Hücum edən şəxsin həbsi bu cür hərəkətlərin cəzasız qalmayacağını göstərir. Biz peşəmizə yönəlmiş fiziki zorakılığa qarşı həmkarlarımızın yanında olmağa davam edəcəyik. Vəkillərə zorakılıq törədənlərə qarşı mübarizəmizi gücləndirəcəyik", – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
