Məzmuna keç

Aİ Yunanıstana 4 yanğınsöndürən təyyarə göndərəcək

Avropa İttifaqı (Aİ) meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərəcək.

E-huquq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransa və İtaliyadan Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərəcəyi bildirilib.

Təyyarələrin bu gün Yunanıstana çatacağı gözlənilir.

Məlumata görə, Lutraki ətrafındakı Agios Haralambos və Panoramadakı yaşayış məntəqələri təhlükəsizlik tədbirləri səbəbindən boşaldılıb. Saronikos bölgəsində baş verən yanğında 3 könüllünün yüngül xəsarət aldığı bildirilib.

Yunanıstan Meteorologiya Xidməti yanğın riskinin bu gün də yüksək olduğu barədə xəbərdarlıq edib.

İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilyas dünən 81 nöqtədə meşə yanğınlarının baş verdiyini açıqlayıb. Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin həbs olunduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə