Türkiyənin Şanlıurfa şəhərində Suriyadan ölkəyə keçməyə cəhd edən terror təşkilatı PKK/PYD üzvü saxlanılıb.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyi ilə bağlı kəşfiyyat məlumatı aldıqdan sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.
PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçu sərhəd xəttində yaxalanıb.
Onun barəsində lazımi istintaq tədbirləri həyata keçirilir.
Şəbnəm Mehdizadə
