Burkina-Fasonun qərbində iki terror aktı nəticəsində azı 10 nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Boucle du Mouhoun bölgəsindəki Kossi şəhərinə hücum ediblər.
Hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.
Həmin gün Fil Dişi Sahili ilə sərhəddə yerləşən Tondura qəsəbəsində terrorçuların həyata keçirdikləri hücumda 4 nəfərin həyatını itirdiyi, maddi ziyanın olduğu qeyd edilib.
Qeyd edək ki, 2015-ci ildə Burkina Fasoda baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bilib.
Şəbnəm Mehdizadə
