Məzmuna keç

Kovalev: “Orexovo-Vasilyevka yaxınlığında rus işğalçıları darmadağın edilib”

"Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Orexovo-Vasilyevka yaxınlığındakı mövqelərdən rus işğalçılarını darmadağın edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev deyib.

Onun sözlərinə görə, Ukrayna qoşunları Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatları aparır.

"Hərbi əməliyyatlar zamanı rus işğalçıları Orexovo-Vasilyevkanın şimal-şərqindəki mövqelərindən geri çəkilməyə məcbur oldular", – Kovalev qeyd edib.

Kovalev deyib ki, müdafiə qüvvələri qismən uğur qazanıb, əldə olunan xətlərdə möhkəmləniblər: "Eyni zamanda, düşmən güclü müqavimət göstərir, lakin böyük itki verir".

Şəbnəm Mehdizadə