Məzmuna keç

İranda qum fırtınasına görə aviareyslər təxirə salınıb

İranda qum fırtınası səbəbindən Sistan-Bəlucistan əyalətinin Zabul şəhərində aviareyslər təxirə salınıb.

E-huquq.az xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, Sistan-Bəlucistan əyalətinin dövlət qurumları və bankları fırtına səbəbindən bu gün 2 saatlıq gecikmə ilə işə başlayacaq.

Mahan Hava Yolları da qum fırtınası səbəbindən Zabul şəhərinə uçuşların ləğv edildiyini açıqlayıb.

Qum fırtınasının gələn həftənin ortalarına qədər əyalətin şimal hissələrinə təsirini davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, qum fırtınası səbəbindən iyulun 12-dən etibarən 1047 nəfər xəstəxanalara müraciət edib.

Şəbnəm Mehdizadə