Türkiyənin Antalya şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyatda 19 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antalyanın 5 vilayətində eyni vaxtda keçirilən əməliyyat çərçivəsində FETÖ daxilində yüksək vəzifələrdə olan və hazırda dövlət məmuru olaraq çalışan şəxslər müəyyən edilib.
Onlardan biri istintaq tədbirləri tamamlandıqdan sonra sərbəst buraxılıb.
Məhkəməninin qərarı ilə 5 nəfər barədə həbs qətimkan tədbiri, 5 nəfər barəsində ev dustaqlığı, 8 nəfər barədə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
