Hindistanın Uttarakhand əyalətində transformatorun partlaması nəticəsində 15 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşı Parmendra Doval partlayış nəticəsində ölənlərdən 6-nın polis əməkdaşı olduğunu deyib.
O, yaralıların Uttarxand əyalətinin Çamoli rayonundakı xəstəxanaya aparıldığını bildirib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələllik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, aprel ayında Hindistanda keçirilən festival zamanı yük maşınının elektrik xəttinə toxunması nəticəsində 11 nəfəri elektrik cərəyanı vuraraq öldürmüşdü.
Şəbnəm Mehdizadə
