Türkiyənin Ədirnə şəhərində qanunsuz yollarla xaricə getməyə hazırlaşan 40 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, yoxlamalar zamanı miqrantların Əfqanıstan, Suriya, İraq, Fələstin və Mərakeşli olduğu məlum olub.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
