Egey dənizinin Kuşadası körfəzi sahillərində 4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtda saat 02:49-da qeydə alınıb.
Məlumata görə, Kuşadası rayonundan 10,31 kilometr məsafədə baş verən zəlzələnin dərinliyi 13,11 kilometr olub.
Şəbnəm Mehdizadə
