"Ukrayna hərbçiləri Baxmut bölgəsində rus işğalçıları ilə gərgin mübarizə aparır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev deyib.
Onun sözlərinə görə, müdafiə qüvvələri Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir.
“Orexovo-Vasilyevka-Praskoveevka, Kleşçievka-Andreevka istiqamətlərində ağır döyüşlər davam edir”, – deyə spiker bildirib.
Kovalev əlavə edib ki, düşmən güclü müqavimət göstərir, lakin itki verir.
Bundan əlavə, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, Ukrayna Silahlı Qüvvələri Baxmutun şimal və cənub cinahlarında əks-hücum əməliyyatlarını davam etdirib və məhdud uğur qazanıb. İnstitut qeyd edib ki, geolokasiya ilə çəkilmiş kadrlar Ukrayna hərbçilərinin Baxmutdan 7 km şimal-qərbdə, Kleşçievka meşəsi ərazisində irəlilədiyini göstərir.
Şəbnəm Mehdizadə
