Məzmuna keç

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirildi

İraqın Metina bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni fasiləsiz olaraq və qətiyyətli şəkildə davam etdirir.

Açıqlamada, "Pəncə-Kilit" əməliyyatı bölgəsində yerləşən Metinada aşkarlanan 3 PKK terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.

Şəbnəm Mehdizadə