Məzmuna keç

Almaniyada doğum sayı 7 faiz azalıb

Almaniyada ötən il doğum sayında azalma olub. E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb. İdarə ölkədə keçən ilə nisbətən doğum…

Almaniyada ötən il doğum sayında azalma olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

İdarə ölkədə keçən ilə nisbətən doğum hallarının 7 faiz azaldığını bildirib.

2022-ci ildə 738 min 819 körpə doğuldub ki, bu rəqəmin 2021-ci ilə nisbətən 56 min 673 azdır. Xüsusilə Hamburq və Berlində doğum sayları kəskin şəkildə aşağı düşüb.

Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə immiqrasiya olmadan bir ölkə əhalisinin azalmaması üçün hər qadına düşən doğum əmsalı 2,1 olmalıdır.

Almaniyada 2021-ci ildə 795 492 körpə doğulub ki, bu da 1997-ci ildən bəri ən yüksək rəqəmdir.

Şəbnəm Mehdizadə