Məzmuna keç

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər yaralandı

Türkiyənin Sivas şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 9 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə