ABŞ-ın Alyaska ştatında helikopterin qəzaya uğraması nəticəsində həyatını itirən 4 nəfərin cəsədi göldən çıxarılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 20-də Alyaskada baş vermiş helikopter qəzası ilə bağlı axtarış-xilasetmə işləri yekunlaşıb.
Alyaska Dalğıc, Axtarış və Xilasetmə qruplarının Ueynrayt qəsəbəsi yaxınlığındakı göldəki dağıntılar arasında apardığı axtarış-xilasetmə əməliyyatı nəticəsində 4 nəfərin cansız cəsədi tapılıb.
Rəsmilər qeyd ediblər ki, helikopterin qalıqlarını göldən çıxarmaq daha bir neçə gün mümkün olmayacaq.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının Alyaska bölgəsi üzrə başısı Klint Conson, qalıqları çıxarmağın yeganə yolunun başqa bir helikopterdən istifadə etmək olduğunu, lakin bölgədə yanğınların davam etdiyi üçün helikopter əldə etməkdə çətinlik çəkdiklərini deyib.
Hazırda qəzanın səbəbləri barədə araşdırma davam edir.
Şəbnəm Mehdizadə
