Kamerunda uçan binada ölənlərin sayı 16-ya çatıb
Kamerunun Duala .əhərində ötən gün 4 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı16 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Littoral bölgəsinin qubernatoru Dieudonne İvaha Diboua məlumat verib.
O, hadisə nətiicəsində 40 nəfərin yaralandığını bildirib.
"Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur", – deyə qubernator qeyd edib.
Şəbnəm Mehdizadə
