Suriyada aparılan razılaşdırma işləri nəticəsində PKK/PYD terror təşkilatından qaçan terrorçu Şanlıurfada təslim olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Suriyadakı terror təşkilatının düşərgələrindən qaçmaq istəyən terrorçu təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayıb.
Təhlükəsizlik bölmələrinin koordinasiyalı işi nəticəsində Suriyadan ölkəyə girişinə icazə verilən terrorçu Şanlıurfanın Ceylanpınar sərhəddində təslim olub.
Səhhəti yoxlanılan terrorçunun dindirilmə prosesi davam edir.
Şəbnəm Mehdizadə
