Türkiyənin Eskişehir şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, mikroavtobus və 3 minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
