Məzmuna keç

Tunisdə meşə yanğınlarına görə insanlar təxliyə edilib

Tunisin şimal-qərbində yerləşən Cenduba əyalətində meşəlik ərazidə baş verən yanğınlarla əlaqədar bölgə sakinləri təxliyə edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Açıqlamaya görə, Cenduba əyalətinin Tabarka şəhərində Malula meşəsində davam edən yanğının ərazisi güclü küləyin təsiri ilə genişlənib.

Bildirilib ki, yanğının evlərə keçmə təhlükəsi ilə var. Davam edən yanğınlardan zərər görməmək üçün Əlcəzair sərhəd bölgəsinə yaxın yaşayan insanlar tamamilə təxliyə edilib. Söndürmə işləri hava, quru və dəniz yolu ilə davam edir.

İyulun 18-də Malula meşəsində başlayan yanğında 8 hektar əraziyə ziyan dəyib. İyulun 20-də Əlcəzairə açılan Malula Sərhəd Qapısı idarə oluna bilməyən meşə yanğını səbəbindən müvəqqəti olaraq bağlanıb.

Tunisdə yüksək temperatur meşəlik ərazilərdə yanğın riskini artırır. Tunis Milli Meteorologiya İnstitutu iyulun ilk günlərində ölkədə orta temperaturun 50 dərəcəni keçdiyi bildirib. Qeyd olunub ki, iyulun 9-da bazar günü ölkənin cənubunda yerləşən Tüzer şəhərində havanın temperaturu kölgədə 48,9, günəşdə isə 57,3 dərəcəyə çatıb.

Şəbnəm Mehdizadə